Merkel partiya rəhbərliyindən gedir - Səbəb
Tarix: 29-10-2018 12:54 | Bölmə: Siyasət
Merkel partiya rəhbərliyindən gedir

Almaniyanın kansleri Angela Merkel Qessen federal torpağındakı seçkilərdə aşağı nəticə göstərməsi səbəbindən Xristiam-Demokratik İttifaqı Partiyasının (XDİ) rəhbəri postundan getməyə hazırdır.

Reyting.az bildirir ki, Merkel artıq partiyaya Qessen federal torpağının parlamentinə seçkilərdə aşağı nəticə əldə etdiyinə görə dekabr ayında sədr postuna namizədliyini irəli sürməyəcəyi haqda məlumat verib.

Bununla belə, kansler postunu saxlamaq niyyətindədir.

Merkel XDİ-yə 2000-ci ildən rəhbərlik edir. XDİ Qessen torpağındakı seçkidə 27 faiz, sağ koalisiyaya daxil olan sosial-demokratlar 19,8 faiz səs toplayıb. Bu nbəticələr 2013-cü il seçkilərindən pisdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər