Rusiya agenti olduğu deyilən Əbülfəs Qarayev: "Mən indi Bakıda deyiləm"
Tarix: 10-02-2025 22:00 | Bölmə: Siyasət
Rusiya agenti olduğu deyilən Əbülfəs Qarayev: "Mən indi Bakıda deyiləm"

"Mən indi Bakıda deyiləm. Ona görə də yayılan xəbərlərlə bağlı geniş açıqlama verə bilmirəm".

Reyting.az
xəbər verir ki, bunu Musavat.com-a Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

"Belə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram. Bunların hamısı mənasız söhbətlərdir", - deyə sabiq nazir bildirib.

Qeyd edək ki, “Qafqazinfo” fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yayıb. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəs Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.




Bölməyə aid digər xəbərlər