Qalmaqallı prokuror işdən çıxarılıb
Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir? - Siyahı
İlon Mask çip istehsalı zavodu tikəcək
Rəsmi Bakı Moskvanın izahatını gözləyir
Ölkələrin əsas enerji mənbələrinin yeni xəritəsi hazırlanıb
Tramp: "İranda rejim dəyişib, bizimlə razılaşmaq istəyirlər"
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Putin azərbaycanlı alimi təltif edib
Bakıda 70 yaşlı kişi öldürülüb
DYP sürücülərə xəbərdarlıq edib
Koxalski “Qarabağ”dan gedir?
Tarix: 26-03-2026 02:10 | Bölmə: Dünya

İran ABŞ-nın mümkün quru əməliyyatına hazırlıq məqsədilə Xarq adasını qoşunlar, hava hücumundan müdafiə sistemləri və minalarla möhkəmləndirib.
Reyting.az xəbər verir ki, bu barədə CNN məlumat paylaşıb.
Qeyd olunur ki, İran son həftələrdə mümkün ABŞ əməliyyatına hazırlıq məqsədilə Xarq adasında tələlər qurur, əlavə hərbi personal və hava hücumundan müdafiə vasitələri köçürür.
Bildirilir ki, Tramp administrasiyası İran üçün vacib iqtisadi kanal olan və ölkənin neft ixracatının təxminən 90 faizinin keçdiyi bu kiçik adanı ələ keçirmək məqsədilə ABŞ qüvvələrindən istifadə etməyi düşünür.
Lakin, nəşr qeyd edir ki, ABŞ rəsmiləri və hərbi ekspertlər belə bir quru əməliyyatının Amerika qoşunları arasında əhəmiyyətli itkilər də daxil olmaqla, ciddi risklər daşıdığını deyirlər.
"Ada çoxqatlı müdafiə sistemlərinə malikdir. İranlılar son həftələrdə orada əlavə daşına bilən hava hücumundan müdafiə sistemləri yerləşdiriblər. Mənbələr bildirir ki, İran həmçinin adanın ətrafında, o cümlədən sahil xəttində piyada və tank əleyhinə minalar da daxil olmaqla tələlər qurur. Əgər prezident Donald Tramp quru hücumuna cəhd edərsə, ABŞ qüvvələrinin amfibiya əməliyyatına başlaya biləcəyi ərazilər də var. Prezidentin bəzi müttəfiqləri belə bir əməliyyatın zəruriliyi ilə bağlı ciddi suallar qaldırırlar, çünki adanın uğurla ələ keçirilməsi təkbaşına Hörmüz boğazı və İranın qlobal enerji bazarındakı inhisarı ilə bağlı problemləri həll etməyəcək", - deyə mənbə əlavə edib.
Xatırladaq ki, D. Tramp martın ortalarında ABŞ-nın Xarqdakı hərbi obyektlərə zərbələr endirdiyini, mina ehtiyatlarını və raket mövqelərini məhv etdiyini bildirmişdi.
İsrail mediası xəbər verir ki, Vaşinqton müttəfiqlərini Hörmüz boğazında gəmiçiliyi təmin etmək üçün "son çarə" olaraq quru əməliyyatının mümkünlüyü barədə məlumatlandırıb.
ELÇİN
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək