Avropa İttifaqına üzv dövlətlər Ukrayna ilə bağlı bəyanat veriblər
Tarix: 13-02-2025 08:39 | Bölmə: Siyasət
Avropa İttifaqına üzv dövlətlər Ukrayna ilə bağlı bəyanat veriblər

Avropanın bəzi ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) nümayəndələri Ukrayna ilə bağlı birgə bəyanat veriblər.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat xidməti məlumat yayıb.

Xarici işlər nazirləri və Aİ nümayəndələri Pentaqon rəhbəri Pit Heqsetin məlum bəyanatlarından sonra Ukraynanın ərazi bütövlüyünün lehinə çıxış ediblər: “Biz Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün tərəfdarıyıq”.

Bəyanatı Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya, Böyük Britaniya, həmçinin Avropa Komissiyası və Avropa Diplomatik Xidməti imzalayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər