Qaluzin: Rusiya Kiyevlə danışıqlara hazırdır
Tarix: 31-10-2025 08:37 | Bölmə: Siyasət / Xəbərlər
Qaluzin: Rusiya Kiyevlə danışıqlara hazırdır

“İstanbul “sülh trası”nın inkişafı üçün bütün şərait var və Moskva Kiyevlə birbaşa danışıqları davam etdirməyə hazırdır”.

Reyting.az
xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözərinə görə, Rusiya Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə və Kiyev təmsilçiləri ilə birbaşa danışıqların davam etdirilməsinə açıqdır.

Qeyd edək ki, Türkiyə rəsmiləri İstanbulu Rusiya-Ukrayna danışıqları üçün platforma kimi irəli sürməyə davam etməyə hazır olduqlarını dəfələrlə vurğulayıblar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər