Ərdoğan: Avropanın təhlükəsizliyi birgə səylər tələb edir
Tarix: 31-10-2025 08:43 | Bölmə: Siyasət
Ərdoğan: Avropanın təhlükəsizliyi birgə səylər tələb edir

“Avropanın təhlükəsizliyini təmin etmək üçün dəyişən şərtlər silah təchizatı ilə bağlı problemlərin həllini və diqqəti birgə layihələrə yönəltməyi tələb edir”.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında deyib.

Ərdoğan, həmçinin qeyd edib ki, Almaniyadakı türk icması iki ölkə üçün “ortaq sərvət və xəzinədir”.

Kansler Fridrix Merz çıxışında Türkiyənin Avropa İttifaqına daxil olması perspektivinə toxunub: “Federal hökumət Türkiyəni Avropa İttifaqında görmək istəyir. Biz Türkiyəni Aİ-yə yaxın görürük və onun bu istiqamətdə hərəkətini davam etdirməsini istəyirik”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər