Növbəti görüş yeri İstanbuldur - Yenilənib
Tarix: 27-02-2025 17:20 | Bölmə: Siyasət
Növbəti görüş yeri İstanbuldur

Rusiya və ABŞ rəsmiləri danışıqları Türkiyədə aparacaqlar.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a bildirib.

Onun sözlərinə görə, fevralın 27-də Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda danışıqlar aparacaq.

Görüşdə tərəflər iki ölkənin səfirliklərinin işindəki problemləri və onların normal fəaliyyətinə qayıtmaq yollarını müzakirə edəcəklər.

***

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş başa çatıb.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, görüş 6 saatdan çox davam edib.

ABŞ-nın İstanbuldakı Baş konsulunun igamətgahında keçirilən görüşdə iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası müzakirə edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər