Türkiyə Rusiya-Ukrayna danışıqlarının bərpasını mümkün sayır
Tarix: 08-10-2022 08:44 | Bölmə: Siyasət
Türkiyə Rusiya-Ukrayna danışıqlarının bərpasını mümkün sayır

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Rusiya-Ukrayna danışıqlarının bərpasını mümkün sayır.

Reyting.az
xəbər verir ki, İ. Kalın bu barədə CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, danışıqlar prosesinin dayandırılması gözlənilən idi. Bununla belə, "müəyyən məqamda danışıqların bərpa olunacağı ehtimalı var".

"Məsələ bizim buna nə vaxt qayıdacağımız və o vaxta qədər nə qədər zərərin dəyəcəyidir", - deyə İ. Kalın bildirib.

Mətbuat katibi qeyd edib ki, Rusiyanın danışıqlarda iştirakı məsələsində daha mühüm məqam var. "Anladığımız qədər, Vladimir Putin Qərblə yeni böyük razılaşma imzalamaq istəyir. Qismən, bu, şübhəsiz, Ukraynaya aiddir. Amma daha böyük məsələ əslində Rusiya ilə Qərb dünyası arasındakı razılaşmadır", - deyə İ. Kalın əlavə edib.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}