AŞPA Azərbaycan və Ermənistana dialoq çağırışı edib
Tarix: 10-10-2022 14:24 | Bölmə: Siyasət
AŞPA Azərbaycan və Ermənistana dialoq çağırışı edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks Azərbaycan və Ermənistana dialoqla bağlı çağırış edib.

Reyting.az
xəbər verir ki, bu gün Strasburqda AŞPA-nın payız sessiyasında çıxış edən Tini Koks Azərbaycan və Ermənistandan olan parlamentariləri Assembleyadan forum kimi faydalanmağa çağırıb.

O, parlamentariləri eyni zamanda, çətin və həssas məsələlərdə fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə dialoq qurmağa çağırıb.

Qeyd edək ki, bu gün AŞPA-nın payız sessiyasının ilk günündə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlarla bağlı məsələsinin müzakirə olunması qərarlaşdırılıb. Məsələ bu gün sessiyanın ikinci hissəsində Fransa vaxtı ilə təxminən 16:00 radələrində müzakirə olunacaq.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}