Kamran Əliyev: “Gəncə terrorunu törədənləri daima təqib edəcəyik və...”
Tarix: 12-10-2022 09:44 | Bölmə: Siyasət
Kamran Əliyev: “Gəncə terrorunu törədənləri daima təqib edəcəyik və...”

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncə şəhərinə səfər edib.

Reyting.az
-ın məlumatına görə, Baş prokuror Qələbə parkında memorial kompleksi ziyarət edib, ermənilərin raket hücumu nəticəsində dağılan ərazilərə baş çəkib.

K. Əliyev jurnalistlərə deyib ki, Gəncə terroru ilə bağlı Azərbaycan Baş Prokurorluğunda 3 cinayət işi başlanılıb, bu hərbi-siyasi tapşırığı verənlər və icra edənlər müəyyənləşib və həmin şəxslər beynəlxalq axtarışa verilib:

“Biz onları daim təqib edib, həmin şəxslərin gec-tez məsuliyyətə cəlb edilməsinə nail olacağıq. Mən buna inanıram”.

Qeyd edək ki, K. Əliyevin Gəncədə vətəndaş qəbulu keçirəcəyi də nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}