Bazar günü, 26 yanvar 2025, 23:17:05  
16:41 / 24-01-2025
"Turan Bank” cərimələnib
AXCP-nin aksiya keçirməsinə icazə verilməyib
Tarix: 19-10-2022 20:55 | Bölmə: Siyasət
AXCP-nin aksiya keçirməsinə icazə verilməyib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) oktyabrın 24-də BŞİH inzibati binasının qarşısında piket keçirilməsi barədə müraciətinə cavab verib.

Reyting.az
-ın məlumatına görə, AXCP-yə BŞİH-nin binası qarşısında aksiya keçirməsinə razılıq verilməyib.

Bildirilib ki, piket keçirmək üçün qeyd edilən ərazi təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaq. Buna görə də piketin keçirilməsi məqsədəuyğun sayılmayıb.




Bölməyə aid digər xəbərlər