20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Böyük Britaniyanın hökumət rəhbəri istefa verib
Tarix: 20-10-2022 16:46 | Bölmə: Siyasət
Böyük Britaniyanın hökumət rəhbəri istefa verib

Bir ay yarım əvvəl baş nazir seçilən Böyük Britaniyanın hökumət rəhbəri Liz Tras istefa verib.

Reyting.az
xəbər verir ki, bu barədə o, az əvvəl açıqlama verib.

Bildirib ki, ölkənin iqtisadiyyatında baş verən dalğalanma onu bu istefaya məcbur edib: "Seçilərkən vəd verdiyim iqtisadi islahatlar və digər sahələrdə nəzərdə tutulan planları həyata keçirə bilmədiyim üçün belə qərar verdim".

O, sonda qeyd edib ki, xələfi seçilənə qədər vəzifəsini icra edəcək.

Xatrladaq ki, sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. Siyasi təşkilatın sədri vəzifəsi uğrunda Liz Tras Londonun meri Rişi Sunakla mübarizədən qalib ayrılıb.

Lakin ötən 1.5 ayda onun istefası ilə bağlı hökumətdən istefa tələbləri güclənməyə başlayıb.

Onu da qeyd edək ki, L.Truss Mühafizəkarlar Partiyasının lideri və Baş nazir vəzifəsində Boris Consonu əvəz etmişdi.




Bölməyə aid digər xəbərlər