20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
ATƏT-in gecikmiş missiyası... - Məqsəd nədir
Tarix: 20-10-2022 17:38 | Bölmə: Siyasət
ATƏT-in gecikmiş missiyası... - Məqsəd nədir

ATƏT “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupu Ermənistana göndərir. Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət qrupun 21-27 oktyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədinin Ermənistan tərəfinə düşən hissələrində yerləşən rayonlara baş çəkəcəyi və nəticələr barədə məsləhətləşmələr keçirəcəyi gözlənilir.

Ümumiyyətlə, ATƏT-in belə bir qrupu regiona göndərməsi düzgün deyil:

Birincisi, "ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrup ATƏT mandatına malik deyil. Yəni bu qrupun çıxaracağı hər hansı bir nəticə və ya hesabat ATƏT sənədi kimi qəbul edilə bilməz.

İkincisi, bu təşəbbüsü Ermənistan irəli sürüb. Rəsmi Bakının belə bir tələbi olmayıb. Bu isə o deməkdir ki, qiymətləndirmə obyektiv deyil, məhz İrəvanın narahatlıqlarına dəstək olmaq məqsədi ilə aparılacaq. Birtərəfli təşəbbüs bir neçə iştirakçı dövlətdən olan bir qrupun şəxsi səfərindən başqa bir şey deyil.

Üçüncüsü, Azərbaycanın işğal olunmuş ərazilərində 2020-ci ilə qədər rəsmi Bakının belə missiyası ilə bağlı müraciəti Ermənistanın müqaviməti nəticəsində baş tutmayıb.

Nəticə etibarilə ATƏT 30 ilə yaxın davam edən erməni işğalı dövründə bu cür təşəbbüs irəli sürsəydi, mənasız olardı. ATƏT missiyası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət etməkdən uzaqdır.

Turan RZAYEV





Bölməyə aid digər xəbərlər