20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Deputatdan ATƏT-in Ermənistana missiya göndərməsinə reaksiya: “Bunun heç bir siyasi təsiri olmayacaq"
Tarix: 21-10-2022 11:43 | Bölmə: Siyasət
Deputatdan ATƏT-in Ermənistana missiya göndərməsinə reaksiya: “Bunun heç bir siyasi təsiri olmayacaq"

“ATƏT-in qeyri-qanuni olaraq Ermənistana qiymətləndirmə missiyası göndərməsinin heç bir əsası yoxdur. Çünki bu məsələ nə müzakirə olunub, nə də bununla bağlı kollektiv qərar olub”.

Reyting.az
xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu addım bəzi qüvvələrin şəxsi mənafeyinə xidmət edən haldan başqa bir şey deyil: “Bu addımın heç bir siyasi təsiri olmayacaq. ATƏT-in Minsk qrupunun bu addımı heç bir halda təşkilatın təməl prinsiplərinə uyğun deyil. Bu çox ölkələr də bu missiyanın əhəmiyyətinin olmadığını qeyd edəcəklər”.




Bölməyə aid digər xəbərlər