18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Rusiyalı deputat Ermənistanda persona-non-qrata elan olunub
Tarix: 25-10-2022 13:41 | Bölmə: Siyasət
Rusiyalı deputat Ermənistanda persona-non-qrata elan olunub

Rusiya Dumasının deputatı Konstantin Zatulin Ermənistanda persona-non-qrata elan olunub, bu ölkəyə girişi qadağan edilib.

Məlumatı “Aysor” yayıb.

Bildirilib ki, K.Zatulin 44 günlük müharibə ilə bağlı müsahibələrində Ermənistanı ittiham edib, onun məğlub olduğunu vurğulayıb.

Bundan başqa, deputat Ermənistanın daxili işinə qarışdığına, baş nazir Nikol Paşinyanın istefa verməsini dəfələrlə bəyan etdiyinə görə persona-non-qrata elan olunub.

O, Ermənistan ərazisindən dəhlizin keçməsini də Nikol Paşinyanın imzaladığını açıqladığına görə Ermənistana səyahətinə qadağa qoyulub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}