İsa Həbibbəyli deputat mandatından imtina etməyəcək
Tarix: 25-10-2022 14:02 | Bölmə: Siyasət
İsa Həbibbəyli deputat mandatından imtina etməyəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni Prezidenti İsa Həbibbəyli qurumun vitse-prezident postundakı vəzifəsindən və deputat mandatından imtina edib-etməyəcəyi məsələsinə münasibət bildirib.

Reyting.az xəbər verir ki, o, bu məsələnin hələ müzakirə mövzusu olmadığını deyib/Report.

Qeyd edək ki, AMEA-nın bu gün keçirilən Ümumi yığıncağında İsa Həbibbəyli qurumun yeni prezidenti seçilib. İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib. Oktyabrın 16-da onun 73 yaşı tamam olub.

Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istafa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}