Paşinyan Soçidə Putin və Əliyevlə görüşəcək
Tarix: 26-10-2022 12:20 | Bölmə: Siyasət
Paşinyan Soçidə Putin və Əliyevlə görüşəcək

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

“Bəli, məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, - o bildirib.(Report)

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}