Keçmiş nazir: "Ümid edirəm ki, Ermənistan bir də pis əməllərə əl atmaz, atsa da, cavabını alacaq"
Tarix: 26-10-2022 12:35 | Bölmə: Siyasət
Keçmiş nazir: "Ümid edirəm ki, Ermənistan bir də pis əməllərə əl atmaz, atsa da, cavabını alacaq"

"Azərbaycanın çoxdandır gözlədiyimiz zəfəri mübarəkdir. Azərbaycan iki dəfə qəhrəmanlığını sübut edib. Birincisi 20 Yanvarda, digəri Vətən müharibəsində".

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybək Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağ savaşı zamanı ürəyinin yarısı Türkiyədə, yarısı Azərbaycanda olub: "Ümid edirəm ki, bundan sonra Ermənistan bir də pis əməllərə əl atmaz, atsa da, cavabını alacaq".

Xatırladaq ki, Xalq yazıçısı Anar Rzayev Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybəkin Yazıçılar Birtliyinin fəxri üzvü olmasını təklif edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}