Arif Hacılı: "Müsavat Partiyasının qurultayına hələ çox var"
Tarix: 27-10-2022 12:50 | Bölmə: Siyasət
Arif Hacılı: "Müsavat Partiyasının qurultayına hələ çox var"

“Müsavat Partiyasının qurultayına hələ çox var”.

Reyting.az
xəbər verir ki, bu sözləri yaxın zamanda Müsavat Partiyasının qurultayının keçiriləcəyi və yenidən İsa Qəmbərin partiya başqanı gələcəyi iddialarına cavab verən Müsavat Partiyası başqanı Arif Hacılı Yenicag.az-a açıqlamasında deyib.

Arif Hacılı bildirib ki, qurultay vaxtı deyil: “Qurultayın vaxtı çatanda əlbəttə ki, olacaq. Bu, sadəcə, bəzi adamların müzakirələri Müsavat Partiyasının içərisinə yönəltmək istəyidir. Bu yersiz, əsassız və zamanına uyğun olmayan məsələlərdir. Müsavat Partiyasının qurultayına hələ çox var. Bu mövzuların indidən müzakirə olunmasına heç bir əsas yoxdur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}