Daha 10 hərbçinin meyiti Ermənistana təhvil verilib
Tarix: 27-10-2022 19:05 | Bölmə: Siyasət
Daha 10 hərbçinin meyiti Ermənistana təhvil verilib

Azərbaycan Ermənistan ordusunun 10 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

A. Torosyan digər detalları açıqlamasa da, əlavə edib ki, meyitlər ekspertizaya göndərilməlidir.

Qeyd edək ki, bundan əvvəl 133 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}