Putin: “Azərbaycanla Ermənistana sülh müqaviləsi lazımdır”
Tarix: 27-10-2022 20:06 | Bölmə: Siyasət
Putin: “Azərbaycanla Ermənistana sülh müqaviləsi lazımdır”

"Ermənistanla Azərbaycan arasında sülh sazişi lazımdır, amma biz İrəvanı buna məcbur və ya diktə edə bilmərik".

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında deyib.

Prezident bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir.

V. Putin əlavə edib ki, əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ üzərində Azərbaycanın suverenliyi tanınmalıdır, Rusiya bunu da dəstəkləyir:

“Bizim mövqeyimiz sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir. Eləcə də sərhədlərin delimitasiyasını, sərhəd məsələsinin tam nizamlanmasını dəstəkləyirik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}