Nazir müavini: "Azərbaycan sülh gündəminə sadiqdir"
Tarix: 27-10-2022 20:52 | Bölmə: Siyasət
Nazir müavini: "Azərbaycan sülh gündəminə sadiqdir"

"Azərbaycan sülh gündəminə sadiqdir".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqların gedişi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, gələn ay Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək: “Noyabr ayının ilk günlərində Brüssel şəhərində delimitasiya üzrə komissiyaların iclası keçiriləcək. Həmin iclasdan sonra delimitasiya komissiyasının katibliyi tərəfindən ictimaiyyətə açıqlama veriləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}