20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Bayden: “Putinin yanaşması çox təhlükəlidir”
Tarix: 29-10-2022 00:05 | Bölmə: Siyasət
Bayden: “Putinin yanaşması çox təhlükəlidir”

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin Ukraynada nüvə silahından istifadə etmək niyyətində olmadığına dair sözlərinə şübhə ilə yanaşır.

Reyting.az
xəbər verir ki, bu barədə Bayden "NewsNation"a müsahibəsində deyib.

O, Rusiya prezidentinin ritorikasını təhlükəli hesab edir.

“Əgər Putinin belə bir niyyəti yoxdursa, niyə bu barədə danışır? Niyə o, taktiki nüvə silahlarından istifadə etmək qabiliyyətindən danışır? Onun bu məsələyə yanaşması çox təhlükəlidir”, - ABŞ prezidenti bildirib.

Oktyabrın 27-də “Valday” klubunun sessiyasında çıxış edən V. Putin bildirib ki, Rusiya nüvə silahından istifadənin mümkünlüyü barədə heç nə deməyib, ancaq Qərb liderlərinin nüvə şantajına cavab verib.(Modern.az)




Bölməyə aid digər xəbərlər