18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Partiya sədrinin müavini istefa verib
Tarix: 31-10-2022 17:38 | Bölmə: Siyasət
Partiya sədrinin müavini istefa verib

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov partiyadan və tutduöu vəzifədən istefa verib.

Reyting.az
xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb:

“Əziz dostlar, hörmətli media nümayəndələri.

Nəzərinizə çatdırıram ki, bu gün Ana Vətən Partiyasından istefa ilə bağlı qərar verdim. İstefamın səbəbi bundan sonra heç bir təşkilatın nizamnaməsi ilə məhdudlaşmayan, müstəqil siyasətçi olaraq fəaliyyətimi davam etdirmək niyyətimdir. Necə deyərlər, dövlətə xidmətin ünvanı olmaz. 31 oktyabr 2022-ci il tarixdə istefa ərizəmi partiyanın sədri, millət vəkili Fəzail Ağamalıya rəsmən təqdim edəcəm.

Müqəddəs Azərbaycan Dövləti və Dövlətçilik uğrunda mübarizəmi bundan belə daha da gücləndirəcəm. Bundan sonra da siyasi kursunu doğru saydığım, yolunu öz yolum hesab etdiyim Prezidentimiz, Müzəffər Ali Baş komandan İlham Əliyevin yürütdüyü xətti qətiyyətlə müdafiə edəcəm.

Əziz Ana Vətənçilərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}