Deputat: “Azərbaycan ərazi bütövlüyü çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşır”
Tarix: 01-11-2022 00:05 | Bölmə: Siyasət
Deputat: “Azərbaycan ərazi bütövlüyü çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşır”

“Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu. Cənubi Qafqazda sülhün əldə edilməsinə vahid yanaşma bir daha təsdiq edildi: istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Ermənistan bunu bir daha qəbul etdi”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

V. Bayramov qeyd edib ki, tərəflər sülhün əldə edilməsi yollarını müzakirə ediblər: “Azərbaycan prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq münaqişə yoxdur, 2 il öncə həll edilib”.

Deputatın sözlərinə görə, bu dəfə də görüşdə Alma-Ata Protokoluna istinad edilib: “21 dekabr 1992-ci ildə MDB-yə üzv olacaq 11 ölkənin imzladığı bu sənədlə dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar”.

V. Bayramovun fikrincə, Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib, prosesdəki mövqeyini qoruyub saxlaya bilir: “Bu, Azərbaycan diplomatiyasının gücüdür. Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq. Görüşdə çəkilən şəkillər də çox həqiqətləri deyir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}