Türkiyə hərbçilərinin Azərbaycanda xidmət müddəti uzadılıb
Tarix: 01-11-2022 20:17 | Bölmə: Siyasət
Türkiyə hərbçilərinin Azərbaycanda xidmət müddəti uzadılıb

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin Azərbaycan ərazisində xidmət müddəti uzadılıb.

Reyting.az
əbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.

Qanun layihəsinə əsasən, Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

Qeyd edək ki, belə bir qərar Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsinə əsaslanır. Bu, atəşkəsin qorunması, təxribatların qarşısının alınması, regionda sülh və sabitliyin təmin olunması məqsədi daşıyır.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}