Ermənistanın baş naziri: "Türkiyə ilə problem yoxdur"
Tarix: 02-11-2022 12:01 | Bölmə: Siyasət
Ermənistanın baş naziri: "Türkiyə ilə problem yoxdur"

Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.

Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

O qeyd edib ki, amma bu təklif rədd edilib.

Paşinyan sülhməramlıların manatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.

“Biz mandatın qeyri-müəyyən müddətə - 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”, o deyib/APA.

Reyting.az-ın məlumatına görə, Paşinyan daha sonra deyib ki, Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gəlir: "Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm, iki ölkənin xüsusi nümayəndələrinin təmasları da davam edir. Bu, mühüm dəyişiklikdir. Artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində Türkiyə ilə problem yoxdur".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}