Zaxarova: "Soçidə Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları arasında danışıqlar olmayıb"
Tarix: 02-11-2022 15:52 | Bölmə: Siyasət
Zaxarova: "Soçidə Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları arasında danışıqlar olmayıb"

Soçidə Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirliklərinin nümayəndələri arasında görüş və danışıqlar olmayıb.

Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O sadəcə 3 ölkənin XİN başçılarının söhbət etdiklərini, müzakirə apardıqlarını söyləyib: "Bu nümayəndə heyətlərinin danışıqları deyildi"/Report.

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması Soçidə üç ölkənin liderlərinin sammitində müzakirə olunub.

Reyting.az-ın məlumatına görə, Mariya Zaxarova Soçidəki üştərəfii görüşdə Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasının müzakirə olunduğunu deyib: "Soçidə keçirilən sammitdə bu məsələlər müzakirə olunub. Razılaşdırılıb ki, müvafiq iş üç ölkənin Baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrup çərçivəsində davam etdiriləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}