Kiyevdəki səfirliyimiz azərbaycanlılara müraciət edib: “Ukraynaya gəlməyin!”
Tarix: 03-11-2022 00:31 | Bölmə: Siyasət
Kiyevdəki səfirliyimiz azərbaycanlılara müraciət edib: “Ukraynaya gəlməyin!”

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi həmvətənlərimizə müraciət edib.

Reyting.az
-ın məlumatına görə, müraciətdə deyilir ki, təxliyə zamanı Ukraynada qalmağa, yaxud təxliyə olunduqdan sonra geri qayıtmağa üstünlük vermiş vətəndaşlarımız olduqları yer üzrə hava həyəcanı xəbərdarlığı zamanı diqqətli olsunlar.

Soydaşlarımızdan və Azərbaycan vətəndaşlarından sığınacaqda və ya nisbətən təhlükəsiz yerdə daldalanmaq, dövlət orqanlarının tələblərinə və tövsiyələrinə riayət etmək, səyahət sənədlərini qaydaya salmaq tövsiyə olunur.

Ukraynaya gəlməyi planlaşdıran vətəndaşlarımızdan isə fövqəladə ciddi səbəb olmadığı halda səfəri daha münasib zamana təxirə salmaq xahiş olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}