Şuşanın “təslim edilməsinə” görə daha kimlər həbs olunacaq?
Tarix: 04-11-2022 12:06 | Bölmə: Siyasət
Şuşanın “təslim edilməsinə” görə daha kimlər həbs olunacaq?

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın işində Şuşanın təslim olması ilə bağlı şübhəlilərin siyahısını genişləndirəcək ciddi dəyişikliklər gözlənilir.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti yazıb.

“Bu işdə keçmiş “müdafiə naziri”, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın da iştirakı istisna edilmir. Arzumanyan köhnə silahdaşlarından heç birinə, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyana aman verməmək qərarına gəlib”, - qəzet qeyd edir.


Mikayel Arzumanyan


Xatırladaq ki, 44 günlük müharibənin son günlərində “Qarabağ Müdafiə Ordusu”nun komandiri təyin edilmiş Mikayel Arzumanyan İrəvana gedərkən Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xidməti vəzifəsinə səhlənkarlıq ittihamı ilə həbs edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}