Novella Cəfəroğlu: “Azərbaycanda iki əsas partiyanın olması kifayətdir”
Tarix: 04-11-2022 13:21 | Bölmə: Siyasət
Novella Cəfəroğlu: “Azərbaycanda iki əsas partiyanın olması kifayətdir”

“Azərbaycanda iki əsas partiyanın olması kifayətdir”.

Reyting.az xəbər veirr ki, bunu “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyəti”nin sədri Novella Cəfəroğlu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.

O bildirib ki, ABŞ da çoxlu partiya var, ancaq seçkilərdə hakimiyyət uğrunda iki partiya mübarizə aparır: “Azərbaycanda da iki əsas partiyanın olmasını istəyərdim, fikrimcə bu kifayətdir. Ölkədə fəaliyyət göstərən digər partiyalar da təhsil, səhiyyə ilə məşğul olsunlar, və ya birləşsinlər".

QHT sədri hazırda Azərbaycanda 4 mindən çox QHT olduğunu da xatırladıb: “Ancaq onların da əksəriyyətinin yalnız bir qovluğu var”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}