AXCP-nin etiraz aksiyası keçirməsinə icazə verilməyib
Tarix: 04-11-2022 16:00 | Bölmə: Siyasət
AXCP-nin etiraz aksiyası keçirməsinə icazə verilməyib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binası qarşısında piketin keçirmək barədə müraciətinə cavab verib.

Reyting.az
-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin aksiya keçirməsinə razılıq verilməyib.

Bildirilib ki, qeyd edilən ərazi təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığındadır və həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə, təhlükəsizliyin təmin edilməsinə ciddi çətinliklər yarada bilər. Buna görə də piketin keçirilməsi məqsədəuyğun sayılmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}