20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı məsələni yanlış təfsir edib
Tarix: 11-11-2022 09:38 | Bölmə: Siyasət
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı məsələni yanlış təfsir edib

Ermənistan baş naziri Nikol Paşinyan 10 noyabr 2022-ci ildə hökumət iclasında çıxışı zamanı üçtərəfli bəyanatın Zəngəzur dəhlizi ilə bağlı məlum müddəasını tamamilə yanlış təfsir edib.

Reyting.az
-ın məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Nikol Paşinyanın əsassız iddiaları ilə bağlı deyib ki, Zəngəzur dəhlizi dedikdə Azərbaycan və ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında məhz tarixi əlaqənin bərpasından söhbət gedir. Bu, sözügedən dəhlizin sülh və humanitar məqsədlər üçün istifadəsini nəzərdə tutur.

Bildirilib ki, üçtərəfli bəyanata görə, Ermənistanın Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz əlaqəni açmaq öhdəliyi var: “Burada söhbət eynilə Laçın dəhlizində olduğu kimi yolun hərbi deyil, yalnız insanlar, yük və nəqliyyat üçün istifadəsindən gedir. Bu əlaqənin təmin olunmasının iqtisadi və kommunikasiya baxımından əhəmiyyəti ilə yanaşı, onun humanitar əhəmiyyəti, bölgədə ənənəvi coğrafi əlaqənin bərpa olunması, beləliklə də bölgədə dayanıqlı sülhün təmin olunması üçün əhəmiyyəti danılmazdır”.




Bölməyə aid digər xəbərlər