Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
Tarix: 16-11-2022 13:40 | Bölmə: Siyasət
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Bayden administrasiyasının Türkiyəyə “F-16”-ların satışına müsbət yanaşdığını bildirib.

Reyting.az
xəbər verir ki, bundan əvvəl ABŞ Senatı Türkiyə ilə “F-16” döyüş təyyarələri ilə bağlı müqaviləyə dair qanun layihəsinin öz versiyasında məhdudlaşdırıcı şərtləri ləğv edib.

Məhdudiyyətlər Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini almasından sonra tətbiq edilib.

Bundan əlavə, ABŞ Türkiyəyə ən son “F-35” qırıcılarının tədarükü proqramından çıxarılması barədə rəsmi bildiriş göndərib.

Türkiyənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir bildirib ki, Amerikanın “F-16”-larının alınması ilə bağlı sövdələşmə baş tutmasa, ölkə Rusiyadan “Su-35” qırıcılarını almağı düşünə bilər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}