Qənirə Paşayeva: “İrandakı soydaşlarımıza təhsil üçün güzəştlər edilsin"
Tarix: 17-11-2022 13:00 | Bölmə: Siyasət
Qənirə Paşayeva: “İrandakı soydaşlarımıza təhsil üçün güzəştlər edilsin"

“İran ərazisində yaşayan soydaşlarımız bizə müraciət edərək bildirirlər ki, öz ana dilində təhsil almaq hüquqlarından məhrumdurlar. Təklif edirəm ki, onlara müəyyən güzəştlər edilsin və Azərbaycanda təhsil alacaqları təqdirdə onlara xarici tələbələr kimi baxılmasın”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlət sərhəddindən kənarda yaşatan soydaşlarımız Azərbaycana gəlib burada təhsil almaq istəyəndə onlara dəstək olunmalıdır.

Q.Paşayeva eyni zamanda əlavə edib ki, şəhid ailələri, müharibə veteranları və qazilər hər zaman dövlətin diqqətindədir: “Təklif edirəm ki, müharibə iştirakçıları güzəştli ipoteka şərtlərindən yararlana biləcək siyahıda olsun, çünki onların buna ehtiyacı var. Onların övladları ödənişli ali təhsil alanda da güzəşt edilməsi yaxşı olardı".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}