09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
DİN: "Partiya sədri 160 min dollar mənimsəyib"
Tarix: 18-11-2022 17:55 | Bölmə: Siyasət
DİN: "Partiya sədri 160 min dollar mənimsəyib"

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Yüksəliş Partiyasının rəhbəri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-nin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, A. Əsədli barədə tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı nazirliyə etdikləri şikayətdir.

Bildirilib ki, partiya rəhbəri yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları alaraq mənimsəyib: "Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət məhz bu araşdırmalarla əlaqədardır".




Bölməyə aid digər xəbərlər