09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Partiyaların qeydiyyata alınması üçün üzvlük tələbi dəyişib
Tarix: 21-11-2022 11:43 | Bölmə: Siyasət
Partiyaların qeydiyyata alınması üçün üzvlük tələbi dəyişib

Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olacaq.

Reyting.az 
xəbər verir ki, bu, "Siyasi partiyalar haqqında" qanun layihəsində olunan yeni dəyişiklikdə qeyd olunub.

Dəıyişikliyə görə, yeni qanunun qəbulundan sonra üzvlərinin sayını 180 gün ərzində 5 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.

Yeni redaksiyaya əsasən, bu qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5 min nəfərə çatdırılması üçün tədbirlər görür və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Xatrladaq ki, layihənin ilk variantında qeydiyyat üçün 10 min üzc tələbi vardı.




Bölməyə aid digər xəbərlər