11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Ceyhun Bayramov Maykl Zibertlə görüşüb - XİN-dən açıqlama
Tarix: 28-11-2022 17:41 | Bölmə: Siyasət
Ceyhun Bayramov Maykl Zibertlə görüşüb

Bu gün XİN başçısı Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə icraçı direktoru Maykl Zibertlə görüşüb.

Reyting.az
 xəbər verir ki, görüşdə Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə regionda baş verən proseslər üzrə fikir mübadiləsi aparılıb.

C.Bayramov Azərbaycanın sülh gündəliyi üzrə səyləri, Ermənistan tərəfindən prosesə maneçilik cəhdləri, eləcə Üçtərəfli Bəyanatlar çərçivəsində öhdəliklərin kobud şəkildə pozulması, erməni silahlı birləşmələrinin hələ də ərazilərimizdən tam olaraq çıxarılmaması, Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə halları və mövcud mina təhdidləri barədə qarşı tərəfə ətrafı məlumat verib.

Görüşdə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}