Lerikdə avtomat silah və narkotik aşkar edilib - Fotolar
Tarix: 12-01-2024 09:14 | Bölmə: Xəbərlər
Lerikdə avtomat silah və narkotik aşkar edilib

Lerik sakinində silah-sursat və narkotik aşkarlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildiriblər.

Məlumata görə, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Lerik şəhəri ərazisindəki zibil poliqonunda yerləşən köhnə tikilinin damında gizlətdiyi "AK-74" markalı avtomat, həmin silaha aid daraq, 17 ədəd patron və sellofan bükümdə marixuana aşkarlanaraq götürülüb. N. Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.






Bölməyə aid digər xəbərlər
7-11-2025, 16:45 Tiktoker həbs edilib