Ruslar PUA-nın dağıdıcılıq gücünü artırır
Tarix: 04-08-2025 12:27 | Bölmə: Xəbərlər
Ruslar PUA-nın dağıdıcılıq gücünü artırır

Rusiya "Şahed" pilotsuz uçuş aparatlarının (PUA) döyüş başlığını gücləndirir və bundan sonra onlar daha böyük dağıntılara səbəb olacaqlar.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölməsinin komandiri Denis Yaroslavski deyib.

Onun sözlərinə görə, bu gün ruslar döyüş başlığı 50-55 kiloqram olan “Şahed”-lərdən istifadə edirlər. D. Yaroslavski kəşfiyyat məlumatlarına əsaslanaraq əlavə edib ki, ruslar “Şahed”-lərin döyüş başlıqlarını 80-90 kiloqrama çatdırmağa çalışırlar.

"Bu, artıq problemdir. "Şahed" doqquz mərtəbəli binaya dəysə, o, beşinci mərtəbəyə qədər hər şeyi "parçalayacaq". Bu, artıq ciddi problemdir",- Yaroslavski vurğulayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
30-07-2025, 22:34 “Qarabağ” qalib gəlib