19:18 / 18-07-2025
Ali Məhkəmə “Meydan” TV ilə bağlı qərarı qüvvədə saxlayıb
19:10 / 18-07-2025
Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub
18:00 / 18-07-2025
Oleq Bakinski: "Mənə bəraət verin"
17:55 / 18-07-2025
Ramiz Məmmədov "Şamaxı"dan ayrılıb
17:51 / 18-07-2025
Alimlər yeni planet kəşf ediblər
17:42 / 18-07-2025
Bakı və rayonlarda ağaclar qanunsuz kəsilib
17:21 / 18-07-2025
İyulun 23-dək isti hava davam edəcək
17:17 / 18-07-2025
"Qarabağ" hücumçu ilə vidalaşıb
17:08 / 18-07-2025
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
16:48 / 18-07-2025
Prezident Xocalıda sakinlərlə görüşüb - Maraqlı dialoq
16:40 / 18-07-2025
Professor: Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər
16:20 / 18-07-2025
XİN: "Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir"
16:14 / 18-07-2025
Maştağada xüsusi əməliyyat: istixanada 881 kq narkotik vasitə aşkarlanıb
16:10 / 18-07-2025
Azad İsazadə: Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər
16:10 / 18-07-2025
Həbsdəki oğluna narkotik gətirən ata tutulub
16:06 / 18-07-2025
“Xəzər TV”-yə xəbərdarlıq edilib
15:57 / 18-07-2025
Premyer Liqa: 2025/2026 mövsümünün püşkatması olub
15:38 / 18-07-2025
Ermənistanın rəhbər şəxsləri terrorçuların hədəfindədir
15:34 / 18-07-2025
Səbailin bir hissəsində işıq olmayacaq
15:23 / 18-07-2025
“AzSığorta” ASC-yə icrası məcburi sərəncam verilib
14:49 / 18-07-2025
Vaxtilə Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib
14:35 / 18-07-2025
Prezident Xocalı kərpic zavodunun açılışını edib - Fotolar
13:41 / 18-07-2025
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bərpa olunur
13:33 / 18-07-2025
Əcnəbilərin çimərliyə getməsinə qadağa qoyulub
13:21 / 18-07-2025
İlham Əliyev tarixi məscid binasının bərpadan sonra açılışında iştirak edib - Fotolar
13:18 / 18-07-2025
Dron hücumları dünya bazarında nefti bahalaşdırır
13:07 / 18-07-2025
ABŞ öz vətəndaşlarını Suriyanı tərk etməyə çağırır
12:58 / 18-07-2025
81 cinayətkar xüsusi reyslə Əfqanıstana uçur
12:51 / 18-07-2025
Sabahın hava proqnozu açıqlanıb
14:26 / 14-07-2025

14:30 / 14-07-2025

11:18 / 14-07-2025

07:40 / 16-07-2025

09:15 / 14-07-2025

10:54 / 16-07-2025

17:53 / 14-07-2025

14:56 / 16-07-2025

11:19 / 17-07-2025

12:18 / 16-07-2025

11:57 / 16-07-2025

10:50 / 14-07-2025

Bu, Mxitaryanın yox, Avropa liqasının finalıdır
Tarix: 22-05-2019 13:50 | Bölmə: Azər HÜSEYNBALA

Avropa liqasının mayın 29-da Bakıda baş tutacaq finalında yarışacaq klublar bəlli olandan bəri ən çox müzakirə mövzusu Avropanın ikinci nüfuzlu turnirinə bizim necə hazırlaşmağımız deyil. Təbii, rəsmi təşkilatçılar finalla bağlı öz işlərini görəcəklər. Komandalar, onların azarkeşləri gələcəklər, hotellərə yerləşəcəklər, final da baş tutacaq və qalib hansı komanda olsa belə, kubok Londona gedəcək.
Belə mötəbər turnirin finalının bir də nə zaman Bakıya veriləcəyi bilinmir. Bəlkə də yaxın 10-15 ildə bu baş tutmasın. Nəyə görə, bunu qeyd edirəm? Çünki biz hələ ki bir finalın Bakıda keçirilməsinə nail olmuşuq.
Finalın təşkilatçılığı ilə bağlı fikirlər 29-dan sonra söyləniləcək. London klublarının azarkeşlərinin çılğın, dəliqanlı olduğunu nəzərə alsaq, Bakıda xoşagəlməz olay baş verməsi istisna deyil. Bunun qarşısını almaqdan ötrü hüquq-mühafizə orqanlarının çox ciddi planlarının olduğu şübhəsizdir. Arzu edək ki, final günü də daxil olmaqla İngiltərədən gələcək azarkeşlərlə bağlı problem yaşanmayacaq...
Bunlar öz yerində. İdmanın həm də siyasət olduğunu nəzərə alsaq, deməli, Avropa liqasının bu finalından siyasət də yürüdə bilərik. Təbii ki, bu siyasət Azərbaycanın ümumi maraqlarının əleyhinə işləməlidir. Bu haqda bir az sonra...
Biz indiyədək neynəmişik? Bu günə qədər Avropanın ikinci ən nüfuzlu yarışı qalıb bir yana, az qala səhərdən-axşamacan, Henrix Mxitaryanın “Arsenal”ın heyətində Bakıya gəlib-gəlməyəcəyini ən vacib xəbər kimi fırladırıq. Mxitaryan Bakıya gəlsəydi, hətta onun komandası finalda qalib gəlsəydi, bunun nəyə dəxli olacaqdı? İndiyədək Bakıya elə Yerevanın özündən müxtəlif yarışlarda iştirak etmək üçün az erməni idmançı gəlməyib. Təhlükəsizliklərinə təminat vermişik, rahatca yarışda iştirak edib qayıdıblar...
Dünən, nəhayət rəsmi şəkildə Mxitaryanın Bakıya gəlməyəcəyi təsdiqləndi. Sakitləşdiniz? Nə əldə etdiniz? Bəlkə, bir erməninin Bakıya gəlməməsi işğalçı Ermənistanın Qarabağdakı məğlubiyyətinə hansısa təkan verəcək? Mxitaryanı bu qədər gündəm eləmək əvəzinə final oyununda Qarabağımızla bağlı hansı təbliğat yürütməyimizi heç düşündünüzmü?.. Bu, axı Mxitaryanın finalı deyil. “Arsenal” bir erməni futbolçuya görə də bu yerlərə gəlib çıxmayıb...
Ermənistanın işğalında olan Qarabağla bağlı stadionda hansısa təbliğat xarakterli ssenari hazırlamaq mümkün deyil. Bu, futbol qaydalarına da ziddir. Amma nəsə etmək mümkün deyilmi? Məsələn, hər iki London klubunu Bakıda qarşılamaq üçün “Qarabağ” klubunun oyunçularını hava limanına, özü də komandanın forması ilə aparmaq olmazmı? Nəzərə alaq ki, finalçılardan biri – “Çelsi” “Qarabağ”ın Çempionlar liqasının qrup mərhələsində, “Arsenal” isə Avropa liqasının qrup mərhələsində rəqibləri olublar...
Bir başqa variant: komandalar meydana çıxanda azyaşlılarla gəlirlər. Biz həmin azyaşlıları, sadəcə, Qarabağ yazılan (futbol komandasını nəzərdə tuturam) maykalarla çıxarda bilməzmikmi? Əlbəttə, bu məsələnin də nə qədər qaydalara uyğun olub-olmadığı vacibdir.
Daha bir variant: Final üçün yerli azarkeşlərə də bilet satılıb. On minlərlə azarkeşimiz üçün də üzərinə Qarabağ yazılan mayka hazırlamaq olmazdımı?
Məncə, Mxitaryanın Bakıya gəlib-gəlməməsinə görə bu qədər narahat olmaqdansa, bu və buna bənzər variantlar haqda düşünmək olardı. Məncə, hələ də gec deyil. Finala bir həftə var...
Reyting.az
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azər HÜSEYNBALA
Bölməyə aid digər xəbərlər