"Şagird-məzun" elektron sistemi üçün "Təqvim planı" təsdiqlənib
Tarix: 28-10-2025 14:30 | Bölmə: Cəmiyyət
"Şagird-məzun" elektron sistemi üçün "Təqvim planı" təsdiqlənib

2025/2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə "Təqvim planı" Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

DİM-dən Reyting.az-a bildirilib ki, regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq "Şagird-məzun" sisteminə daxil edilməsini təmin etsinlər.




Bölməyə aid digər xəbərlər