Hindistan şirkətləri Rusiya neftindən imtina edir
Tarix: 28-10-2025 16:08 | Bölmə: İqtisadiyyat
Hindistan şirkətləri Rusiya neftindən imtina edir

ABŞ sanksiyaları səbəbindən Hindistanın neft emalı zavodları Rusiya nefti üçün sifarişləri ləğv etməyə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Bildirilir ki, ABŞ Rusiyanın neft nəhəngləri “Lukoil” və “Rosneft”ə qarşı yeni sanksiyalar tətbiq etdikdən sonra Hindistanın neft emalı zavodları Rusiya nefti üçün yeni sifarişlər verməyiblər. Bəzi şirkətlər hətta əvvəlki sifarişləri də ləğv ediblər.

Nəşr xatırladır ki, ötən həftə Hindistanın ən çox Rusiya neftinin alıcısı olan “Reliance” yeni məhdudiyyətlərə riayət edəcəyini açıqlayıb. Nəşrin mənbələrindən birinin məlumatına görə, hətta sanksiyalı neft üçün sifarişlərin ləğvi də olub.

Mənbələrdən biri bildirib ki, yeni yüklər üçün sifariş verilməyib və sanksiyalı qurumlarla əlaqəli treyderlərlə sifariş edilənlərin bəzilərini ləğv olunub.

Başqa bir mənbə deyib ki, banklar sanksiyalı mallar üçün ödənişləri asanlaşdırmayacaq. Digər bir sənaye nümayəndəsi əlavə edib ki, onun şirkəti sanksiyalara məruz qalmayan treyderlərdən yükləri əldə edəcəyini gözləyir.

Bu arada, “Bloomberg” yazıb ki, Hindistanın dövlətə məxsus bəzi neft emalı zavodları sanksiyalı “Rosneft” və “Lukoil” əvəzinə kiçik təchizatçılardan endirimlərlə neft yükləri qəbul etməyi düşünür.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər