Ayda şüşə şəhərlər tikəcəklər - Fotolar
Tarix: 28-10-2025 17:25 | Bölmə: Xəbərlər
Ayda şüşə şəhərlər tikəcəklər

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) gələcəkdə insanın Aydakı varlığını təmin etməyə yönəlmiş böyük ambisiyalı layihəni dəstəkləyib. ABŞ-nın "Skyeports" şirkəti Ay qumundan, reqolitdən nəhəng şəffaf qübbələr, yəni "şüşə şəhərlər"in inşasını təklif edir.

Reyting.az
xəbər verir ki, nəzərdə tutulmuş kosmik layihəyə görə, bu konstruksiyalar insanları yaşayış yeri, qida və enerji ilə təmin edəcək, eyni zamanda, tikintidə istifadə olunan həmin materialların Yerdən daşınmasına ehtiyac qalmayacaq.

Bildirilir ki, reqolitdəki silikatlar mikrodalğalarla əridilməklə, çox böyük şüşə kürələrə çevriləcək, ardınca da soyuduqdan sonra etibarlı, bərk şəffaf qabıq əmələ gətirəcək.

Mütəxəssislərin sözlərinə görə, hazırlanacaq matreallar mikrometeoridlərə, eləcə də ay təkanlarına dözümlü olacaq, üzərinə inteqrasiya olunmuş günəş panelləri isə enerji istehsal edəcək.

"Skyeports" şirkəti artıq nümunələr üçün müxtəlif ölçülərdə şüşələr hazırlayıblar. Şirkətdən bildiriblər ki, onlar çox yaxın gələcəkdə 300–500 metrlik gümbəzlər yaratmağı planlaşdırırlar.

Layihə NASA-nın "Innovative Advanced Concepts" (NIAC) proqramı çərçivəsində maliyyələşdirilir. Şirkətin rəhbəri Martin Bermudezin sözlərinə görə, bu cür "şüşə şəhərlər" gələcəkdə Marsda, o cümlədən orbitdə, digər planetlərdə də salına bilər.





Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər