2200 rus hərbçisini əsir götürüblər
Tarix: 28-10-2025 14:24 | Bölmə: Xəbərlər
2200 rus hərbçisini əsir götürüblər

“Dobropillya” əməliyyatı sayəsində Ukrayna Müdafiə Qüvvələri 2200 rus əsgərini əsir götürüb.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezident Vlodimir Zelenski bildirib.

Dövlət başçısı deyib ki, “Dobropillya” əməliyyatını keçirməsəydik, rusların nə edəcəklərini bilməzdik.

Onun sözlərinə görə, ruslar oradakı əsgərlərinin çoxunu məhv ediblər.

Qeyd edək ki, bundan əvvəl Zelenski bildirib ki, Donetsk bölgəsindəki Pokrovsk hazırda rusların əsas hədəfidir və şəhərə təxminən 200 işğalçı sızıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər