Bakıda taxtalar yığılan ərazi yanır
Tarix: 28-10-2025 17:59 | Bölmə: Cəmiyyət
Bakıda taxtalar yığılan ərazi yanır

Bakıda taxtalar yığılan ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Reyting.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində, ilkin məlumata əsasən, taxtalar yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər