İlon Mask "Vikipediya"ya rəqib ensiklopediya yaradıb - Foto
Tarix: 28-10-2025 17:36 | Bölmə: Cəmiyyət
İlon Mask "Vikipediya"ya rəqib ensiklopediya yaradıb

Amerikalı iş adamı, milyarder İlon Mask "Grokipedia" adlanan yeni ensiklopediya istifadəyə verib. Məşhur "xAI" şirkətinə məxsus bu pulsuz onlayn platforma artıq tam işlək vəziyyətdədir.

Reyting.az
-ın məlumatına görə, hazırda bu yeni sistem "beta v0.1" versiyasında fəaliyyət göstərir.

"Vikipediya"nın yeni rəqibi hesab edilən bu böyük ensiklopediya öz səhifələrində 1 milyona yaxın ingilisdilli məqalə təqdim edir. Faktlar isə "Grok" adlı çat-bot tərəfindən yoxlanılıb.

"The Verge" nəşri yazır ki, yeni "Grokipedia" ensiklopediyasının bəzi səhifələrində "Vikipediya"dan köçürülən bir çox mətnlər, müxtəlif informasiyalar da var:

"Diqqət yetirəndə görürük ki, "MacBook Air" səhifəsində dərc edilən bir məlumat tamamilə eyni üslubdadır və "Material Wikipedia"dan uyğunlaşdırılıb, üstəlik, plagiatdır. Həmçinin "Creative Commons Attribution-ShareAlike 4.0" lisenziyası ilə təqdim olunur. Belə qeydlər çoxdur və bəzi hallarda bu cür məqalələr hətta redaktəsiz şəkildə "Vikipediya"dan köçürülüb".



İ. Mask da etiraf edib ki, "Grok" "Vikipediya"dan sitatlar götürür. Məşhur milyarderin sözlərinə görə, bu problem 2025-ci ilin sonunadək aradan qaldırılacaq.

"Wikimedia" Fondu yeni ensiklopediya və bu onlayn məlumat sistemi ilə bağlı fikir bildirib, eyni zamanda üstüörtülü şəkildə "Vikipediya"nın əvəzolunmaz olduğuna işarə edib: "Grokipedia" daima "Vikipediya"-nın mövcudluğuna ehtiyac duyacaq”.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər