Neftin qiymətində enmələr başlayıb
Tarix: 28-10-2025 15:54 | Bölmə: İqtisadiyyat
Neftin qiymətində enmələr başlayıb

OPEC+-un neft hasilatını artırmaq planları fonunda qiymətlər bu gün səhər ucuzlaşıb.

Reyting.az
xəbər verir ki, İnvestisiya portalının məlumatına görə, Brent markalı xam neftin fyuçersləri 1,17 dollar düşərək barel üçün 63,73 dollara olub.

WTI markalı xam neftin fyuçersləri isə 1,19 dollar düşərək barel üçün 60,12 dollar qiymətləndirilib.

“Reuters”in mənbələri bildiriblər ki, kartel dekabr ayında daha bir orta istehsal artımına meyllidir. Mənbələr istehsalın nə qədər arta biləcəyini dəqiqləşdirməyiblər.

Dünyanın ən böyük iki neft istehlakçısı olan ABŞ və Çin arasında ticarət razılaşması perspektivi daha dərin qiymət enişini dayandırır.

Qeyd edək ki, ABŞ və Çin liderləri - Donald Tramp və Si Cinpin 30 oktyabrda Cənubi Koreyada görüşməyi planlaşdırırlar. Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında bildirib ki, Pekin Vaşinqtonun iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı əlaqəyə hazırlığa ümid edir.

İnvestorlar həmçinin ABŞ-nın Rusiyanın neft nəhəngləri olan “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalarının effektivliyini qiymətləndirirlər.

Nəşr xatırladır ki, ötən həftə neft qiymətləri ABŞ-nın yeni sanksiyalarına cavab olaraq iyun ayından bəri ən yüksək artımını göstərib. Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol qeyd edir ki, OPEC+ üzvlərinə qarşı sanksiyalar qiymətlərin daha yüksək olmasına səbəb ola bilər, lakin təsiri artıq tutum səbəbindən məhdud olacaq.

Bazar iştirakçıları sanksiyaların qısamüddətli təsir göstərəcəyinə inansalar da, analitiklər bazarda daha az neft olacağına şübhə edirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər