Qara dənizdə Azərbaycan vətəndaşları olan gəmi batıb
Tarix: 13-10-2018 15:17 | Bölmə: Cəmiyyət
Qara dənizdə Azərbaycan vətəndaşları olan gəmi batıb

Qara dənizdə göyərtəsinə metal yüklənən Panama bayrağı ilə hərəkət edən gəmi batıb.

Reyting.az bildirir ki, məlumata görə, gəmi Azov limanından yola çıxıb və sahildən 50 mil aralıda olub. O, 1,9 min metr dərinlikdə batıb.

“Gəminin kapitanından fəlakət barədə siqnal daxil olub. Ekipajın bütün üzvləri – iki Türkiyə vətəndaşı və 6 Azərbaycan vətəndaşı – xilas ediliblər”, - məlumatda bildirilir.

Hazırda Yunanıstan tankeri dənizçiləri Novorossiyskə evaukasiya edir. Onların həyatı üçün təhlükə yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}