18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Kürdəmirdə əməliyyat: narkotik satan tutulub
Tarix: 17-01-2024 16:39 | Bölmə: Cəmiyyət
Kürdəmirdə əməliyyat: narkotik satan tutulub

Kürdəmir rayon ərazisində polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri zamanı rayonun Sor-Sor kənd sakini Elzamin İsmayılov saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı satış məqsədilə 57 ədəd kibrit qutusunda qablaşdırılmış və çəkisi 400 qrama yaxın olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Polis əməkdaşları tərəfindən son iki həftə ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı ümumilikdə 11 nəfər saxlanılıb. Onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktlarla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}